Tolik Rəhimi biabır elədi: “İçində qadın olan...”
29-01-2019, 11:00
Müğənni Rəhim Rəhimli ilə prodüser Tolik (Tarix Əliyev) arasında qalmaqal səngimək bilmir.
Teleqraf.com-un məlumatına görə, Rəhimli “3 canlı” verilişində Tolik barəsində bu sözləri dilə gətirib:
"Tolik mənim də arxamca danışırdı. Mən də onun cavabını verdim. Mənə zəng vurub, deyir, niyə belə? Sənə danışmaq olar, bizə yox? Demək, sənə hər şey demək olar. Amma səndən də çox məşhur olan, işlər görən, imkanı olan insanlardan biri də bizik.
Bir müddət keçəndən sonra gördüm proqramda qurdluluq edib, sataşmağa başlayıb. Anladım ki, bu insanın xasiyyəti belədir, düzəlməz. Onun 18-20 yaşı yoxdur, düzələ. Nə olsun səhər 2 saat efirə çıxırsan. O demək deyil ki, hər kəsə qadağa qoya, neqativ ötürə bilərsən".
Müğənninin bu sözlərinə prodüserin cavabı daha ağır olub. Tolik instaqram səhifəsində Rəhim barədə bu sözləri yazıb:
"Niyə həmişə bəzi kişi cildində olan, amma içində qadın olan müğənnilərin xoşuna gəlməmişəm? Nə edim, sizin kimi gecələr “Tarqovu”da dumanlı başımla gəzim? Yoxsa sizin kimi ortalıqda qalım? Bəs mən nə edim, açım ağzımı? Nə edəcəksiniz, məni ölkədən deport edəcəksiniz? Necə ki, vaxtında gecə ilə uçurdular səni... Qoyun, oturmuşam yerimdə".