Azərbaycanlı modelin hovuz ziyafəti çılğın rəqsə çevrilib - VİDEO

31-01-2019, 00:23           
Azərbaycanlı modelin hovuz ziyafəti çılğın rəqsə çevrilib - VİDEO
Fəridə İbrahimova rəfiqələri ilə birlikdə Dubayın bahalı otellərindən birində istirahət edir
Azərbaycan əsilli ukraynalı model, "Miss Ukraina-2015" gözəllik müsabiqəsinin vitse-miss titulunun sahibi Fəridə İbrahimova Dubayda "hamam ziyafəti" təşkil edib.


Sputnik Azərbaycan-ın məlumatına görə, model ziyafətdən çəkilmiş çarxları Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Artıq bir neçə gündür ki, İbrahimova rəfiqələri ilə birlikdə Dubayın bahalı otellərindən birində istirahət edir. Qızlar gecə əylənmək məqsədilə hovuzun kənarında ziyafət təşkil ediblər və orada hamam xələtində müxtəlif musiqi sədaları altında çılğın rəqslər ediblər.


Qeyd edək ki, Fəridə İbrahimova əsasən Ukraynada yaşayır və işləyir. O, bir sıra Ukrayna brendlərinin simasıdır. Nəinki Ukraynada, eləcə də Azərbaycanda bir çox məşhur dizaynerlərin moda həftələrində iştirak edir. Hazırda daha çox reklam layihələri ilə məşğuldur. Bu layihələrə xarici həmkarları ilə birlikdə qatılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru