Günün rəzaləti: Soyqırım günü “Space”-də şıdırğı konsert - VİDEO

31-03-2019, 20:47           
Günün rəzaləti: Soyqırım günü “Space”-də şıdırğı konsert - VİDEO
Bu gün 31 Mart Dünya Azərbaycanlılarının Soyqırım Günüdür.

Teref.az bizimyol.info-ya istinadən məlumat verir ki bu münasibətlə bütün kanallar əyləncəli verilişləri yığışdırsa da, “Space” kanalı əksinə, “Ad günü” adlı musiqili-əyləncəli proqram nümayiş etdirib.

Vətəndaşlar isə buna etiraz edərək sosial şəbəkələrdə kanal rəhbərliyini, həmin verilişdə iştirak edən müğənniləri tənqid edib.

Məsələ ilə bağlı açıqlama verən “Space” telekanalının vitse prezidenti Kamil Şahverdiyev telekanalın yayımında dəyişiklik etdiklərini, insanların əhval ruhiyyəsini qaldırmaq istədiklərini bildirib.

“Proqram bügünə uyğun hazırlanmışdı.Veriliş canlı olmayıb, əvvəlcədən çəkilmişdi. Bu gün üçün çəkilmiş proqram idi. Müğənnilər oxudular, biz düşündük ki, bu günü ağlaşma üzərində də qurmaq olmaz.Bir az millətin ruhunu qaldırmaq lazımdır.”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru