Araş azərbaycanlı babasına verdiyi sözü tutdu
13-11-2015, 21:12
Tanınmış müğənni Araş azərbaycanlı olan babası haqqında danışıb
ANS PRESS-in məlumatına görə, Araş babası Təbrizdən olması və hansı xəsətlikdən əziyyət çəkdiyi deyib. "Moskva-Baku" saytına müsahibə verən ifaçı babasına Azərbaycanı tanımağa və görməyə dair söz verib.
“Babam Təbrizdə anadan olub, Gənc yaşlarında Tehrana köçüb. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Artıq o dünyasını dəyişib. Mən babamla çox yaxın idim, bizim aramızda xüsusi əlaqə var idi. O, həmişə vətəni barədə qəmli danışardı. Onun arzusu Azərbaycanı mənə gəzdirmək idi. Onda mən söz verdim ki, Azərbaycanı mütləq görəcəyəm".
Müğənni vədinə əməl etdiyi və babsına verdiyi sözü tutduğu üçün çox xoşbəxt olduğunu deyib. "Mənim bütün ailəm, nəsilim öz köklərini unutmur. Öz uşaqlarıma da onun vətəni barədə hökmən danışacağam”.
Araş ilk dəfə Azərbaycana gəlməyini xatırlayıb.
“2008-ci ildə ilk dəfə Azərbaycanda oldum. Bakıda konsertim və möhtəşəm şou olub. Bir ildən sonra "Eurovision" müsabiqəsində Azərbaycanı təmsil etdim. Fəxrlə deyə bilərəm ki, komanda əla iş gördü və Azərbaycanı yüksək səviyyədə tanıtdı. Biz müsabiqədən dərhal sonra Bakıya qayıtmışıq. Hava limanında minlərlə adam bizi gül-çiçəklə qarşıladı. Gözlərim həmin anda qürurdan yaşardı. Bu hissləri ifadə etmək çox çətindir".
2009-ci ildə "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycanı Aysel Teymurzadə ilə Araş təmsil edərək 3-cü olublar.
Araş Ləbaf 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Əslən azərbaycanlı olduğunu bildirsə də öz rəsmi internet səhifəsində fars mədəni irsinin daşıyıcısı kimi təqdim olunur və adıçəkilən müsabiqədə çıxış edən ilk fars olduğu bildirilir.
10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə, 5 il sonra isə Malmöyə köçüb.