Qafqazın ilk müstəqil telekanalı olan ANS TV 24 yaşını qeyd edir

26-11-2015, 13:17           
Qafqazın ilk müstəqil telekanalı olan ANS TV 24 yaşını qeyd edir
Bu gün Qafqazın ilk müstəqil telekanalı ANS-in yaranma günüdür.

SalamNews xəbər verir ki, bu gün ANS TV-nin 24 yaşı tamam olur.

1991-ci ildə 3 nəfər gənc jurnalist - Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılan ANS xalqa qərəzsiz, vicdanlı informasiya verməyə çalışıb.

ANS yarandığı ilk vaxtlardan BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAI kimi dünyanın nüfuzlu kanallarını reportajlarla təmin edib.

ANS kanalının adı gələn zaman, yaddaşlara ən əvvəl Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Qarabağ müharibəsi zamanı cəbhə xəttində apardığı çəkilişlər və qəhrəman telejurnalistin Xocalı faciəsi zamanı çəkdiyi tarixi kadrlar yada düşür. Bu gün Çingizin bizim aramızda olmamasına baxmayaraq, onun çəkdiyi kadrlar CNN kimi nüfuzlu kanallarda indi də nümayiş olunur. Məhz o kadrların sayəsində Azərbaycan ermənilərin törətdiyi vəhşilikləri dünyaya nümayiş etdirir.

Vaxtilə yalnız “Xəbərçi” verilişilə evlərimizə qonaq gələn ANS Şirkətlər Qrupu indi böyük Mediaholdinqə çevrilib. Bu gün ANS Şirkətlər Qrupuna ANS TV ilə yanaşı, Çingiz Mustafayevin adını daşıyan ANS ÇM radiosu, ANS PRESS Nəşriyyat Evi, “BakıFilm” Kinostudiyası da daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.