Məşhur aktrisadan həmkarlarına KƏSKİN İRAD: “Əndamınızı nümayiş etdirməkdən...”

11-11-2019, 11:34           
Məşhur aktrisadan həmkarlarına KƏSKİN İRAD: “Əndamınızı nümayiş etdirməkdən...”
“Olmayan əndamınızı nümayiş etdirməkdən sənət nümayiş etdirmək yaddan çıxıb...”
Publika.az xəbər verir ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova sosial şəbəkədə yazıb. Həmkarlarının ünvanına kəskin iradlar bildirən kino ulduzu onların süni gözəlliklə heç bir uğura nail ola bilməyəcəyini qeyd edib:
“Mimik qırışsız üzlər, donuq gözlər, ancaq gözəl görünmək eşqi sizi dünyaya çıxarmayacaq... Mən bütün arzularını yaşıllandırın çiçək açmış adamam...”
Qeyd edək ki, hazırda “Ata Ocağı” serialında rol alan aktrisa Rotterdam beynəlxalq kinofestivalında "FIPRESCI" mükafatına layiq görülən azərbaycanlı rejissor Elmar İmanovun çəkdiyi "Mövsümün sonu" filmində baş rolu ifa edib.
Sözügedən film bir çox beynəlxalq festivallarda iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru