Zeynəb Xanlarova AzTV üçün Bakıya gəldi - VİDEO

24-12-2019, 10:31           
Zeynəb Xanlarova AzTV üçün Bakıya gəldi - VİDEO
Uzun illərdir TV və radiolardan uzaq düşən Xalq artisti Zeynəb Xanlarova AzTV-nin Yeni il çəkilişində iştirak edib.

Bu barədə Əməkdar artist Rəşad İlyasov məlumat verib. O, instaqram səhifəsində video paylaşaraq məşhur müğənninin 2020-ci ilin ilk dəqiqələrində efirdə görünəcəyini qeyd edib.


Bundan əlavə, İlyasov Xanlarovanın yanında olan iki gənclə bağlı maraqlı fakt açıqlayıb. O, sözügedən şəxslərin Xalq artistini çox sevdiyini, bunun üçün soyadlarını (Cabbarova və Qasımov) dəyişərək “Xanlarova” olaraq dəyişdirdiklərini vurğulayıb.

“Mən kimisə nə qədər çox istəsəm də, soyadımı dəyişmərəm. Məhəbbətə, sevgiyə baxın! Bunun üçün həyatda yaşayıram. Mən 5-6 nəfər üçün yaşamıram”,- deyə Zeynəb Xanlarova bildirib.

Bundan əlavə, sənətkar həmin gün fotosessiya da etdirib. O, fotoqraf Niko Abbasovun kamerasına pozalar verib.

Qeyd edək ki, bir müddət əvvəl Xanlarovanın köməkçisi mətbuata açıqlama verərək Xalq artistinin Amerikada yaşadığını, Bakıya az gəldiyini bildirmişdi.
yeniavaz.com













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru