Ornella Muti Rusiya vətəndaşlığı almaq istəyir

29-12-2019, 07:43           
Ornella Muti Rusiya vətəndaşlığı almaq istəyir
İtalyan akrisa Ornella Muti rus dilini öyrənir və Rusiya Federasiyası vətəndaşının pasportunu almaq istəyir.

Gununsesi.org-un “REN TV”yə istinadən məlumatına görə, bunu Rusiyanın Əməkdar rəssamı Nikas Safronovun sərgisi zamanı jurnalistlərə açıqlamasında aktrisanın özü deyib.

“Mən Rusiyada rezidentəm, amma təəssüflər olsun ki, bütün sənədlərimi hazırlamamışam. Mənə deyiblər ki, biz sizə pasport verə bilmərik, mən istərdim. Burada mən özümü evimdəki kimi hiss edirəm, mən sizin mədəniyyətinizin bir hissəsini özümə hopdurmuşam”, – akrisa bildirib.

Muti öz rus kökləri barədə də xatırladıb. Onun babası çar dövründə həkim, nənəsi isə pianoçu olub. “Mən rus dilini öyrənirəm, amma təcrübə çatmır”, – aktrisa əlavə edib.

Öz növbəsində, Nikas Safronov ona dili öyrənməsində köməklik edəcəyinə dair söz verib. Bundan əlavə, o, zarafatca aktrisaya ona ərə gəlməyi təklif edib. Muti gülərək bu barədə düşünəcəyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru