"Deyirlər, guya mənim çayıma nəsə qatıblar"

29-12-2019, 11:33           
"Deyirlər, guya mənim çayıma nəsə qatıblar"

Tanınmış müğənni Akif İslamzadənin 1980-ci illərdə yazıb üzə çıxarmadığı mahnılar təqdim olunacaq.
UlduzumSan.Az kulis.az-a istinadla xəbər verir ki, bu barədə müğənni İTV-nin "Ötən günlər" verilişində qonaq olarkən danışıb. O, bildirib ki, mahnılar yanvar ayında tamaşaçılara təqdim olunacaq.
Akif İslamzadə verilişdə səsinin batmasına bir daha münasibət bildirib. O, bildirib ki, el arasında dolaşan şayələrin heç bir əsası yoxdur, onun səsi kiminsə tərəfindən bilərəkdən batırılmayıb.

"Deyirlər, guya mənim çayıma nəsə qatıblar. Bunlar şayiədir. Bu sadə bir qəzadı".
Qeyd edək ki, Azərbaycan musiqisinin əfasənəvi səslərindən olan Akif İslamzadənin 1980-ci illərdə səsi korlanıb. Son 30-40 il ərzində yeni mahnı yazdırmayan müğənni hələ də xalqın ən sevimli sənətkarlarından biridir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru