Rəhim Rəhimli işdən çıxarıldı

4-01-2020, 12:16           
Rəhim Rəhimli işdən çıxarıldı
“MTV Azərbaycan” kanalının rəhbərliyində dəyişiklik olub.
UlduzumSan.Az Axşam.az-a istinadən xəbər verir ki, 2018-ci ilin iyunundan direktor vəzifəsini icra edən müğənni Rəhim Rəhimli işdən çıxarılıb. Onun yerinə isə müxtəlif vaxtlarda ATV, İTV və AzTV-də yüksək vəzifələrdə çalışan Həsən Abdullayev təyin edilib.
H.Abdullayev kanalda keçən ilin yayından çalışsa da, direktor vəzifəsini bir neçə həftədir icra edir. R.Rəhimli artıq kanaldakı iş otağını boşaldıb. Müğənni Yeni il çəkilişləri zamanı da MTV-də olmayıb.
Qeyd edək ki, “MTV Azərbaycan” yaxın günlərdə hazırda yerləşdiyi binadan köçürülərək, yeni məkanda fəaliyyətə başlayacaq.
Onu da bildirək ki, məlumatı ilk dəfə “Mediatime” səhifəsi yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru