Flora-Afət qalmaqalından xəbər var - “Lənət şeytana” dedi, ərizəsini geri götürdü - Video

5-01-2020, 11:42           
Flora-Afət qalmaqalından xəbər var - “Lənət şeytana” dedi, ərizəsini geri götürdü - Video
Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimova ilə yaşadığı qalmaqalla bağlı daha bir açıqlama verib.
"Yeni Sabah" xəbər verir ki, ifaçı bu barədə ATV-də yayımlanan “Ən yaxşı” verilişində qonaq olarkən danışıb.

“Evimizdə Flora xanımın mahnılarından ibarət disk var. Onun sənətinə və insanlığına çox böyük hörmətim var. O, gənclərə hər zaman dəstək olub. Şəxsən mənə dəstək olmasa da, bilirdim ki, ondan hansısa bir kömək istəsəm, əsirgəməyəcək”, - deyə A. Fərmanqızı Xalq artistindən söz açılan zaman bildirib.

Afət həmçinin məhkəməyə verdiyi şikayət ərizəsini geri götürəcəyinə də söz verib:

“Sözümün üstünə dururam. Düşünürəm ki, Flora xanım mənə ünvanladığı o neqativ və mənfi sözləri demək istəməyib. Nə cürsə desə də, amma “keçənə güzəşt” deyirlər. Lənət olsun şeytana”.

Xatırladaq ki, tərəflər arasında qalmaqal Flora Kərimovanın Afət Fərmanqızının “Sığmazam” qəzəlini oxumasını tənqid etməsindən sonra baş verib. Bundan sonra isə onlar “söz savaşı”na çıxıb və müxtəlif verilişlərdə, sosial şəbəkələrdə bir-birinin ünvanına sərt fikirlər səsləndiriblər. Nəticədə hər iki tərəf məhkəməyə müraciət edəcəyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru