Azərbaycanlı məşhurun Moskvada gözyaşardan xeyirxahlığı

10-01-2020, 03:11           
Azərbaycanlı məşhurun Moskvada gözyaşardan xeyirxahlığı
Hüseyn Həsənov uşaq evlərinə yardım göstərəndən sonra Qocalar evinə də Yeni il hədiyyəsi aparmaq qərarına gəlib
Azərbaycan əsilli rusiyalı blogger Hüseyn Həsənov Moskvadakı Qocalar evinə məişət əşyaları hədiyyə edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bloger ildə bir neçə dəfə xeyriyyə aksiyası təşkil edir, əsasən uşaq evlərinə baş çəkir. Bu dəfə isə o, Qocalar evini seçib. Həsənov özünün "Instagram" səhifəsində qocaları ziyarət edərkən çəkilən videonu paylaşıb və hamını başqalarına qarşı bir qədər xeyirxah olmağa çağırıb.

Onun hədiyyələri televizorlar, mikrodalğalı sobalar, elektrik çaydanları və digər məişət avadanlıqları olub. Qocalar evinin sakinləri gənc adama bu qayğıya görə minnətdarlıq ediblər.

Bu xeyriyyə aksiyasının təşkilində blogerə onun dostları kömək edib.

Hüseyn Həsənov Sankt-Peterburqda doğulub, böyüyüb. Onun 25 yaşı var. O, öz çarxlarında əsasən ağrılı mövzulara toxunur və onlara bir qədər yumor əlavə edir. Onun qısa videoçarxlarının qəhrəmanları əsasən rusiyalı və xarici modellər olur. O, həmçinin rusiyalı müğənnilərin kliplərində çəkilir, film və seriallara çəkilməkdən də imtina etmir.

Aktyorluq fəaliyyəti ilə yanaşı, Həsənov geyimlərin dizaynı ilə də məşğul olur və onun hətta öz şəxsi kostyum kolleksiyası mövcuddur. Hazırda sosial şəbəkələrdə onun 12 milyon izləyicisi var.

O, bu yaxınlarda Moskva şəhərinin Mərkəzi İnzibati Dairəsində, Rusiyanın bir çox məşhur aktyor və musiqiçilərinin yaşadığı Arbat küçəsində 200 milyon rubl (5 milyon manatdan çox) qiyməti olan ev almaqla gündəmə gəlmişdi.

"Black Star" – musiqi leyblı və prodüser şirkətinin yaradıcısı və sahibi hip-hop ifaçısı, musiqi prodüseri Timatidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.