“Terminator 2” filminin uşaq qəhrəmanı TANINMAZ HALDA - FOTOLAR

10-01-2020, 07:28           
“Terminator 2” filminin uşaq qəhrəmanı TANINMAZ HALDA - FOTOLAR
1990-cı ildə uşaq yaşlarından aktyorluq fəaliyyətinə başlayan amerikalı Edvard Fyurlonqun yeni fotosu görənləri təəccübləndirib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, son 24 saat ərzində tvitter şəbəkəsində “ən çox paylaşılan” foto ünvanını əldə edən kadrda aktyorun qəzəbli baxışlarla ətrafı müşahidə etdiyi əks olunub. Fyurlonqun yanındakı şəxs isə digər amerikalı aktyor Ron Ceremidir.

Qeyd edək ki, foto yeni il gecəsi naməlum şəxs tərəfindən çəkilib. Lakin şəkil ötən gün sosial mediada yayılıb. Fyurlonq uzun müddət idi ki, ictimaiyyət qarşısına çıxmırdı. Edvard Fyurlonq Arnold Şvartseneggerlə birgə “Terminator 2” filmində oynadığı rolla nüfuz qazanıb. Ardınca o daha bir neçə filmə dəvət alıb. Lakin sonradan şəxsi həyatında problemlərlə üzləşən 42 yaşlı aktyor səhnədən uzaq qalıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru