Dünya şöhrətli Monserrat Kabalye həbs olundu

15-12-2015, 19:52           
Dünya şöhrətli Monserrat Kabalye həbs olundu
İspaniyanın tanınmış opera müğənnisi Monserrat Kabalye dələduzluğa görə 6 ay həbslə cəzalandırılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda “Europa press” məlumat yayıb.
Məlumata görə, Barselona məhkəməsi həbslə yanaşı, 82 yaşlı M.Kabalyeni 255 min avro məbləğində cərimələyib. O, günahını etiraf edib. Müğənni səhətti ilə bağlı məhkəmə iclasına yaşadığı evdən video – konfransla qatılıb.
Xəbərdə bildirilib ki, müğənni 2014-ci ilin aprelində 500 min avrodan artıq məbləğində gəlir əldə edib, amma gəlirinin vergisini ödəməkdən yayınıb. Ona qarşı irəli sürülən ititham bununla bağlıdır. İstintaq zamanı müəyyən olunub ki, M.Kabalye Andorra və Rusiyada konsert proqramı ilə çıxış edəndən sonra əldə etdiyi gəlirin vergisini ödəməyib.
Xatırladaq ki, M.Kabalye 2013-cü il iyunun 13-də Dağlıq Qarabağa icazəsiz səfər etdiyi üçün Azərbaycanda “arzuolunmaz şəxslər”in siyahısına daxil edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.