Mərhum xalq artistinin qızının koronavirusa necə yoluxması bəlli oldu

30-03-2020, 17:39           
Mərhum xalq artistinin qızının koronavirusa necə yoluxması bəlli oldu
Xəbər verdiyimiz kimi, Azərbaycan mərhum xalq artisti, kaman ustası Habil Əliyevin qızı Vəfa Əliyeva koronavirusa yoluxub.

BiG.AZ Vəfa Əliyevanın hansı şəraitdə koronavirusa yoluxması ilə bağlı açıqlamaq almaq üçün xalq artistinin nəvəsi Turan Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, xalası xəstə qəbul edən zaman virusa yoluxub:

"Xalam xəstələri müayinə etdikdən sonra öz vəsiyyəti pisləşib. Müayinəyə getdikdən sonra isə onun koronavirusa yoluxduğu bəlli olub. Biz həkim ailəsiyik. Xalqa müraciət edib bildirirəm ki, profilaktika, düzgün qidalanma lazımdır. Bol-bol vitamin C qəbul edin. Ümid edirəm xalam tezliklə sağalacaq".

O sonda qeyd edib ki, immuniteti güclü etmək, sarımsaq və limon qəbul etmək lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru