Aparıcı Zaur karantin qaydalarını pozdu - Evində ad günü məclisi qurdu + VİDEO

16-05-2020, 11:53           
Aparıcı Zaur karantin qaydalarını pozdu -
ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramının aparıcısı Zaur Baxşəliyev evində ad günü məclisi keçirib.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, teleaparıcı ölkəmizdə tətbiq olunan karantin rejimi qaydalarını pozaraq, evində həm özünün, həm də anası Dilavər xanımın ad gününü qeyd edib.

Həmin anları telefonunun yaddaşına köçürən Zaur doğum günü “party”sindən görüntüləri sosial media hesabında paylaşıb.

Sosial şəbəkə istifadəçiləri teleaparıcı ilə anasını təbrik ediblər.

Efirdən insanlara səslənərək, karantin rejimi qaydalarına əməl olunmasını xahiş edən Z.Baxşəliyev özü bu tələbləri pozub. Paylaşılan videoda 10-dan çox insanın ad günü məclisində iştirak etməsi nəzərdən qaçmayıb.

Qeyd edək ki, hazırda Azərbaycanda karantin rejimi davam edir. Dövlət tərəfindən tətbiq edilən qaydalara əsasən, 10 nəfərdən artıq bir yerdə toplaşmaq qadağandır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru