“Avroviziya” müsabiqəsi fərqli formatda başladı — CANLI YAYIM

17-05-2020, 00:25           
“Avroviziya” müsabiqəsi fərqli formatda başladı — CANLI YAYIM
Koronavirus pandemiyası səbəbi ilə bu il “Avroviziya” beynəlxalq mahnı yarışmasının keçirilməsi təxirə salınsa da, müsabiqənin təşkilatçıları tamaşaçılara sözügədən layihənin konsert formatını təqdim ediblər.

Demokrat.az əbər verir ki, hazırda İctimai televiziyanın efirində canlı yayımlanan “Avroviziya” mahnı şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də, ötən ilin müsabiqə qalibləri və ulduzları iştirak edəcəklər.

İfaçılar onlayn şəkildə mahnılarını səsləndirirlər. Onlar arasında ölkəmizi təmsil edən Samirə Əfəndi də var. İfaçı bir azdan “Kleopatra” mahnısı ilə çıxış edəcək.

Konsert proqramı məşhur televiziya aparıcıları Edsilla Rombley, Chantal Janzen və Jan Smitə həvalə olunub.

Möhtəşəm şounu bəstəkar-müğənni Murad Arif şərh edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru