Məşhur musiqiçi velosipeddən yıxılıb öldü

17-05-2020, 08:46           
Məşhur musiqiçi velosipeddən yıxılıb öldü
Britaniyanın məşhur “The Pretty Things” musiqi qrupunun qurucularından biri və vokalçısı Fil Mey bədbəxt hadisə nəticəsində yaralanıb və yerləşdirildiyi “Queen Elizabeth” xəstəxanasında ölüb.

Teref.az xəbər verir ki, 75 yaşlı Fil velosipeddən yıxılaraq ayağını ciddi zədələyib.

Bundan sonra xəstəxanada onun bud nahiyəsində mürəkkəb cərrahi əməliyyat aparılıb, lakin yaranmış ağırlaşmalar musiqiçinin ölümünə gətirib çıxarıb.

Qeyd edək ki, “The Pretty Things” qrupu 1963-cü ilin sentyabrında yaradılıb. Fil Mey və gitaraçı Dik Teylor kollektivin əsasını təşkil ediblər. 2020-ci ildə qrupun yeni albomu işıq üzü görməli idi. / Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru