Brilliant Dadaşovadan şok sözlər: "İllərdir adımı din xadimi ilə çəkirlər və..."- Foto

19-05-2020, 00:06           
Brilliant Dadaşovadan şok sözlər: "İllərdir adımı din xadimi ilə çəkirlər və..."- Foto
"Bir din adamı var, illərdir adımı onunla yan-yana çəkirlər. Əvvələr dedi-qodu kimi deyirdilər. İndi hansısa "dılğır" xarici ölkədə oturub və açıq-aydın danışır".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Tolik ilə səmimi" verilişində din adamı ilə adı hallanan xalq artisti Brilliant Dadaşova deyib.

O, sözügedən din xadimini tanımadığını bildirib: "Əlimi allaha qaldırdım....Məsələn, mən özümdə səhvlərimi tuturam. Deyirəm yəqin ki, nəyisə düzə eləmədim və düzgüm başa düşmədilər. Bir adamı tanıyarsan və deyərsən ki, tanıyıram və düz hərəkət etməmişəm. Amma mən adamı tanımıram. Allah şahiddir ki, həyatımda salam verməmişəm və kəlimə kəsməmişəm".

Qeyd edək ki, Brilliant Dadaşovanın həyat yoldaşı Ədalət Hacıyev Rus Dram Teatrının direktorudur. Cütlüyün Cahad adlı oğlu var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru