Naomi libasını karantinə uyğunlaşdırdı

18-05-2020, 22:44           
Naomi libasını karantinə uyğunlaşdırdı
Məşhur model son 15 il ərzində təyyarə oturacaqlarını həmişə silib və bu kostyumu "əyləncə üçün" geyinməyib
Məşhur model və aktrisa Naomi Kempbell eynək və maskalı qoruyucu kombinezonda təyyarəyə minib. Sputnik Azərbaycan xəbər verir ki, o, həmin kostyumdakı fotolarını "Instagram" səhifəsində paylaşıb. Kempbell, həmçinin qeyd edib ki, son 15 il ərzində təyyarə oturacaqlarını həmişə silib və bu kostyumu "əyləncə üçün" geyinməyib. Model doqquz milyon izləyicisinə koronavirusdan necə qorunduğunu ətraflı izah edib.
Qeyd edək ki, daha öncə Naomi koronavirusa tutulmaq qorxusundan Burberry brendi olan mantosunu təyyarədə uçuşdan sonra atdığını yazmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.