“O xəbəri yayanı axtarıram, tapsam dişimlə didəcəm!”

19-05-2020, 10:57           
“O xəbəri yayanı axtarıram, tapsam dişimlə didəcəm!”
“Zeynəb xanımın ölüm xəbəri yalandır. İnanırsınız, buna görə səhərə qədər yatmamışam”.

Bunu Modern.az-a ölüm xəbəri yayılan xalq artisti Zeynəb Xanlarovanın durumu haqqında danışarkən onun qardaşı qızı, aktrisa Mehriban Xanlarova deyib. O qeyd edib ki, bu yalan xəbəri yayan jurnalisti axtarır:

“Bunu yayan adamın qanı göy qandır. Hər kəsə demişəm. Orxandır, kimdir, paylaşım edib. Onu tapsam, dişimlə didərəm. Qoy hələ bir tapım”.


M.Xanlarovanın sözlərinə görə, Zeynəb xanımın hazırda evində-eşiyindədir:


“Şükür Allaha! Bakıdadır, bu karantin dövründə harada olmalı idi ki?! Evində-eşiyindədir. Dediyim kimi, bu xəbəri yayanın da, paylaşanın da Allah özü cəzasını versin. Heç nə demirəm. Onsuz da Xanlarovaların düşməni çoxdur. Öz başlarında partlayacaq. Nəysə, boş verin. Çəkə bilmirlər. Zeynəb xanımın dünyasını dəyişdiyini yalandan yazıblar ki, sosial şəbəkələrdə paylaşsınlar, “gic-gic”, tərbiyəsiz insanlar da yazırlar”.

Aktrisa bildirib ki, Zeynəb Xanlarova açıqlama verməyi düşünmür:


“Zeynəb xanım niyə çıxıb açıqlama versin ki?! Allah nə qədər ömür veribsə, o qədər də sağlamdır, mənim bibim”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru