Azərbaycanlı müğənni özünü media maqnatı elan etdi VIDEO

20-05-2020, 16:41           
Azərbaycanlı müğənni özünü media maqnatı elan etdi   VIDEO
Müğənni Afət Fərmanqızı son açıqlaması ilə gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə görüntülərini paylaşan ifaçı saytlarının fəaliyyətə başladığını bildirib və “media maqnatı” olduğunu deyib: “Üzümü media nümayəndələrinə tuturam, çox sağ olun sayıb-seçirsiniz, zəng edirsiniz, hətta evimə gəlib çəkilişlər etmək istəyirsiniz. Mən sizlərə bildirmək istəyirəm ki, mən özüm də artıq media maqnatıyam. Dörd saytım fəaliyyət göstərir, buna mənim savadım da çatır. Ona görə də müsahibələrimi öz saytımda yayımlamağı düşünürəm. Yəqin ki, bu fikirlərimə hörmətlə yanaşıb, anlayışla qarşılayarasınız”.
Qeyd edək ki, ifaçı son vaxtlar Xalq artisti Flora Kərimova ilə arasında olan qalmaqalla gündəmə gəlir.
Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru