Sevda Ələkbərzadəyə "atdılar" - "Ayıbdır, adamın mənliyi olar"

23-05-2020, 00:01           
Sevda Ələkbərzadəyə "atdılar" - "Ayıbdır, adamın mənliyi olar"
Əməkdar artist Sevda Ələkbərzadə Basqal qəsəbəsində başına açılan fırıldaqçılıqdan danışıb.

Teleqraf.com xəbər verir ki, sənəyçi İnstaqramda canlı yayımda Əməkdar artist Bəhram Bağırzadənin suallarını cavablandırarkən babası, müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən olan Əbülhəsən Ələkbərzadədən söz açıb. O bildirib ki, Basqalda babasının muzeyini açmaq istəyib:

"Basqala getmirəm, incimişəm. İstəyirdim ki, babamın ev muzeyini orada açım. Ora pul da ödədim, ödəməməli idim. Pulla 10 sot torpaq aldım. Əbülhəsən yazmışdı ki, öləndə məni doğma torpağım Basqalda dəfn edərsiz. Torpaq aldığım adamlar məni aldatdı.

10 ildən sonra belə çıxdı ki, saxta sənədlər veriblər. Pul verdiyim kişi üzümə durdu ki, mənə pul verməmisiniz. Üstünə düşmədim. Belə bir münsaibət varsa, heç mənə lazım da deyil. Onları Allah görsün. Ayıbdır, insanın mənliyi olar. Vətən sevgisi nədir? Öz torpağınızdan çıxan bu boyda böyük insana belə münasibət bəsləyirsiz"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru