“Evdə yeməyə heç nə yoxdur” - Məşhur müğənni canlı yayında göz yaşı tökdü Məşhur müğənni canlı yayında göz yaşı tökdü

24-05-2020, 14:12           
“Evdə yeməyə heç nə yoxdur” - Məşhur müğənni canlı yayında göz yaşı tökdü
Türk xalq mahnılarının mahir ifaçısı Hilal Özdemir koronavirus epidemiyasının yayılması ilə əlaqədar elan edilmiş karantin günlərində ona edilmiş ərzaq yardımının bitdiyini bildirib.

Cebhe.info xəbər verir ki, sənətçi özəl telekanallarının birinin canlı yayınında belə deyib. “Ərzaq yardımı 10 günə bitdi. Artıq evə yeməyə heç nə qalmayıb”-deyə, sənətçi bildirib. Müğənni əri Nazim Kömürçünün aylardır ona məhkəmənin kəsdiyi təzminatı ödəmədiyini, iki uşağı ilə ağır vəziyyətdə yaşadığını bildirib.

Canlı yayında göz yaşı tökən müğənni “Qızılay” xeyriyyə cəmiyyətinə müraciət etdiyini, bundan sonra ona 10 günlük ərzaq verildiyini deyib. “Evdə ərzaq qalmamışdı. “Qızılay”a müraciət etdim, yardım verdilər. Amma bu 10 günə bəs etdi. Keçmiş həyat yoldaşım 5 aydır alimenti ödəmir. Ev kirayəsini ödəyə bilmirəm”.

Qeyd edək ki, Hilal Özdemir 20 aprel 2003-cü ildə aktyor oyuncu Hazım Körmükçü ilə ailə qurub. Cütlük 2014-cü ildə qalmaqallı şəkildə ayrılıb. Onların Ada adında bir oğlu və Ayka adında qızları var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.