"Məni başqaları ilə səhv salma. Bir də eşitsəm və ya bilsəm..." - Rəşat Kəsəmənli od püskürdü

27-05-2020, 14:02           
"Məni başqaları ilə səhv salma. Bir də eşitsəm və ya bilsəm..." - Rəşat Kəsəmənli od püskürdü
"Bu sonuncu xəbərdarlığımdır, çaşma! Səbrim daşmaq üzrədir, ehtiyatlı davran. Məni başqaları ilə səhv salma. Bir də eşitsəm və ya bilsəm..." Bu sözləri aktyor Rəşat Kəsəmənli adını açıqlamadığı rejissora ünvanlayıb.

AFN xəbər verir ki, Nüsrət Kəsəmənlinin oğlu Rəşat bəy "Facebook" profilində paylaşdığı statusda sözügedən rejissorun ondan üzr istədiyini bildirib:

''Bir nəfər var, bir dəfə çaşdı, zəng etdim, üzr istədi. O gün baxıram, hansısa saytda yenə videogörüntülü müsahibə verib və yenə ''quşlayıb''. Elə o görüntünün altında cavabını verdim. Özü kim olduğunu yaxşı bilir. Bu sonuncu xəbərdarlığımdır, çaşma! Vallah bu dəfə cavabım ağır olacaq, altından çıxa bilməyəcəksən. Hamısı qulağıma gəlib çatır rejissor!

Təəssüf ki, çörək kəsmişik və üzr istədi. And içmişəm, bir də olsa görməsini məsləhət bilmədiyim üzümü görəcək".














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.