Behbudovun mahnısı oğurlandı: qızı çağırış etdi - Video

28-05-2020, 00:00           
Behbudovun mahnısı oğurlandı: qızı çağırış etdi - Video
Alban müğənnisi Rovena Dilo Azərbaycanın korifey sənətkarı Rəşid Behbudovun “Sənə də qalmaz” mahnısının müəllif hüquqlarını pozub.

Kult.az xəbər verir ki, bu barədə Rəşid Behbudovun qızı Rəşidə Rəşid məlumat yayıb.

O bildirib ki, R.Dilo görkəmli bəstəkarımız Tofiq Quliyevin xalq şairi Rəsul Rzanın sözlərinə bəstələdiyi məşhur “Sənə də qalmaz” mahnısını ifa edərək Yutub kanalında yayımlayıb və mahnının müəllifinin Edison Miso adlı alban bəstəkarı olduğunu qeyd edib.

Rəşidə Rəşid bunu Azərbaycan musiqisinə hücum kimi qiymətləndirib:

“Sizdən xahiş edirik ki, mahnıya “dislayk” qoyasınız. Biz bu hallarla birgə mübarizə aparmalıyıq. Öz tərəfimizdən, Rəşid Behbudov Fondu tərəfindən və “Rashid Behbudov Official” Yutub kanalı adından bütün aidiyyəti instasiyalara müraciətlər hazırlayıb göndəririk”.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru