Əksər teatr aktyorları işdən sonra taksi işləyir, fəhləlik edir - Qarayevin rəzaləti

28-05-2020, 13:13           
Əksər teatr aktyorları işdən sonra taksi işləyir, fəhləlik edir -
DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat və bir neçə nəfərin həbsi nəhayət ki, nazir Əbülfəz Qarayevin vəzifədən atlması ilə nəticələndi. Təbii ki, aidiyyatı qurumlar bu istiqamətdə istintaq işini davam etdirir və nazirin həbsinin də gündəmdə olduğu bildirilir.

Ümumiyyətlə, Əbülfəz Qarayevin ölkənin Mədəniyyət sahəsini hansı duruma saldığı ilə bağlı uzun illər mətbatda ciddi mövzulara rast gəlinib. Hələ bir müddət əvvəl ölkə prezidenti İlham Əliyevin mədəniyyət işçiləri ilə görüşündə xalq artistlərinin, əsasən də Afaq Bəşirqızının çıxışı ciddi müzakirəyə səbəb olmuşdu. Əslində bu sahədə baş verənlərin müzakirəsindən daha çox həllinə ehtiyac var. Çünki problem göz qarşısındadır.

Bu günlərdə redaksiyaya daxil olan məlumatlardan aydın olur ki, Əbülfəz Qarayev sözün əsl mənasında Mədəniyyət işçilərini, incəsənət adamlarını, Azərbaycan mədəniyyətini dərin bir quyuya salıb.

Bizimxeber.az bildirir ki, sən demə teatr aktyorlarının çoxu işdən sonra fərqli-fəqli sahələrdə çalışırmış. Apardığımız araşdırma zamanı bəlli oldu ki, şou-binesin soyunaraq milyonlar qazanan müğənnilərindən fərqli olaraq teatr aktyorlarının əksəriyyəti məcburən "xaltura" ilə məşğuldur. Bu aktyorlar içərisndə əməkdar artistlər belə işdən sonra taksi fəaliyyəti ilə məşğul olur. Aldıqları cüzi əmək haqqı ilə dolana bilməyən teatr aktyorları arasında işdən sonra fəhləçilik edib gündəlik 5-10 manat qazanan insanlar da var. Bundan başqa elə aktyorlar var ki, işdən sonra marketlərdə satıcı, taksi dayanacaqlarında nəzarətçi və sairə ilə məşğul olur. Hətta utandıqları üçün kimliklərini belə gizlətməyə çalışırlar. Bu barədə Əbülfəz Qarayevin məlumatı da var imiş. Amma o da çalışırmış ki, bu faktlrı gizlətsin.

Təsəvvür edirsinizmi, Azərbaycan mədəniyyətinin gününü? Təsəvvür edirsinizmi ki, axşam taksi işləyən aktyor sabah səhnəyə çıxıb hansısa əsəri oynayır... Elə aktyorlar var ki, ümumiyyətlə, ailəsini dolandıra bilmir və illərdir kirayələrdə qalır. Səhhətində problemi olan yüzlərlə aktyor, aktrisa dərdini kimə deyəcəyini bilmir.

Bizimxeber.az daxil olan daha bir ilğinc məlumata görə, ölkəni tərk edənlərin əksəriyyəti mədəniyyət sahəsində çalışanlardır. Əbülfəz Qarayevin yarıtmaz siyasəti nəticəsində son illərdə 100-lərlə aktyor, aktrisa ölkəni tərk edərək Avropaya üz tutub. Avropada qalmaq üçün şərtlər isə hər kəsə bəllidir. Budur Əbülfəz Qayarevin siyasəti...

Odur ki, Azərbaycan incəsənətini, mədəniyyətini, kino sənətini, teatr sistemini darmadağın edən Qarayevin həbsi labüddür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.