"Kuruluş Osman"a yeni transfer gəlir-FOTO

3-06-2020, 00:23           
"Kuruluş Osman"a yeni transfer gəlir-FOTO
Türkiyənin ATV kanalında yayımlanan və reytinq cədvəlində yüksək sıralarda dayanan "Kuruluş Osman" serialına yeni aktrisa gəlir.

Open.az xəbər verir ki, Burak Özçivitin baş rolunu ifa etdiyi seriala gələcək yeni aktrisanın kimliyi məlum olub.

Türk mətbuatının yazdığı xəbərə görə serialda çıxış edəcək yeni aktrisa - Yeşim Ceren Bozoğludur.

Qeyd edək ki, 45 yaşlı aktrisa son zamanlar türk mətbuatının gündəmini itirdiyi kiloları ilə "zəbt" edib.

Belə ki, mədə kiçiltmə əməliyyatı etdirən aktrisa 110 kq çəkidən 58 kq-nı itirib.

Hazırda 52 kq olan Yeşim Ceren Bozoğlunun film və serial təklifləri çoxalıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru