"Soruşdular ki, siz kimsiz, dedim, adaptorum qalıb"

19-08-2020, 19:43           
"Soruşdular ki, siz kimsiz, dedim, adaptorum qalıb"
Şair Murad Köhnəqala polis bölməsindən buraxılıb. Bu barədə Musavat.com-a açıqlamasında M.Köhnəqala özü bildirib. O deyib ki, cəmi bir gün polis bölməsində saxlanılıb. Buna isə yazar Kəramət Böyükçölün evinə gedərkən orda polislərlə qarşılaşması səbəb olub: “Mən bir gün əvvəl Kəramətin kirayə qaldığı evdən çıxmışdım. Noutbukumun adaptorunu götürmək üçün ora qayıtdım. Qapını döydüm. Gördüm, içəridə polislər var. Soruşdular ki, siz kimsiz. Dedim, adaptorum qalıb. Dedilər, çıx get. Mən adaptorumu götürmək istədiyimi israrla dedim. Sonra bilindi ki, mən burda qalmışam. İfadə vermək üçün məni də apardılar bölməyə”.
M.Köhnəqala deyib ki, polisə ifadəsində K.Böyükçöllə bağlı bütün bu hadisələrin necə baş verməsindən danışıb. Onun sözlərinə görə, son dövrlər yazıçının necə içdiyindən bəhs edib: “O, hər dəfə canlı yayın açırdı, danışırdı. Mən də hər canlı yayını sildirirdim. İzahat verdim. Bir gecə qaldım. Proses uzun çəkdi. Dispanserə apardılar. Alkoqolizm, narkotiklə bağlı analizdən keçdim, ona görə də çıxmağım olmadı".
Müsahibimiz deyib ki, K.Böyükçölü də hansısa dispanserə müalicəyə göndərəcəklər: “Mən çıxanda vəziyyət belə idi. Təbii ki, həbs olunmayacaq. Amma müalicəyə ehtiyacı var. O, canlı yayın edəndə bir tərəfdən atası, yoldaşı, dostları zəng edirdi ki, qoyma. Mən bəzən şəhərdə olurdum, müdaxilə etmək imkanım olmurdu. Bir dəfə əlindən telefonu əlindən almaq istəyəndə telefonu vermək istəmədi. Dedi, öz evimdə öz canlı yayınımı edirəm. Ayıbdır axı. Məni də bezdirdi, çıxdım getdim ordan”.
M.Köhnəqala bildirdi ki, sosial şəbəkədə onunla bağlı yanlış rəylər yazır və guya Kəraməti içirtdiyi ilə bağlı fikirlər yayırlar: “Onun bütün yaxın dostları, valideynləri, yoldaşı Allah şahididir ki, Kəraməti mən necə qorumuşam. İnsanlar bilmədən hər şey danışırlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.