Süleyman Abdullayevin oğlu həbs edildi...

20-08-2020, 15:18           
Süleyman Abdullayevin oğlu həbs edildi...
Əməkdar artist, muğam ifaçısı Süleyman Abdullayevin oğlu Cümşüd Abdullayev həbs edilib.

Bu haqda Moderator.az-a xanəndənin özü məlumat verib. O, açıqlamasında oğlunun məhkəmə tərəfindən üç il azadlıqdan məhrum edildiyini bildirib:

“Vəziyyətim çox pisdir, oğlum Cümşüdə məhkəmədə üç il iş verdilər. Ötən il Cümşüd qayını ilə dalaşmışdı və onu bıçaqla vurmuşdu. Bir müddət idi istintaq gedirdi və dünən məhkəmə qərarını verdi. Heç məhkəməyə də getmədim. Elə yaxınlarım, övladlarım getmişdi. Çox çalışdım ki, həbs edilməsin, amma mümkün olmadı. Cümşüdə evimdə saxlayıb böyütdüyüm məcburi köçkün ailəsinin qızını aldım. Amma axırda mənlə düşmən oldular. İndi iki nəvəm atasız qaldı. Allah səbr versin bu üç ili dözüm. Həyat yoldaşım da bir neçə il öncə dünyasını dəyişib tək yaşayıram. Elə o vaxtdan mənə qızım baxır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru