Teylor Svift pərəstişkarlarına beş milyon dollar məbləğində yardım edib

24-08-2020, 08:21           
Teylor Svift pərəstişkarlarına beş milyon dollar məbləğində yardım edib
Amerikalı məşhur müğənni Teylor Svift koronavirus pandemiyası səbəbilə maddi çətinlik çəkən pərəstişkarlarına ümumilikdə 5 milyon dollar (8,5 milyon manat) məbləğində yardım edib.

“HaberGlobal” məlumat verir ki, Svift növbəti dəfə “GoFoundMe” yardım səhifəsinə müraciət edən 18 yaşlı Viktoriya Mario adlı qızın təhsil xərclərini ödəyib.

Bildirilir ki, 23 min funt sterlinq (50 min 600 manat) məbləğə ehtiyacı olan gənc qız eyni zamanda, müğənninin pərəstişkarı olub.

Teylor Svift Viktoriyaya yazdığı məktubda qızın müraciətinin təsadüfən qarşısına çıxdığını, onun hekayəsindən təsirləndiyini və qızın xəyallarını gerçəkləşdirməsinə köməklik göstərmək istədiyini qeyd edib. milletinsesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru