Polad Həşimova və İlqar Mirzəyeva ithaf edilən KLİP - VİDEO

24-08-2020, 08:40           
Polad Həşimova və İlqar Mirzəyeva ithaf edilən KLİP - VİDEO
Xalq artisti Aygün Kazımova “Əsgər marşı” adlı yeni klipini təqdim edib.

DİA.AZ xəbər verir ki, Kazımova bu layihəsini şəhid olmuş general-mayor Polad Həşimovun timsalında bütün şəhidlərə həsr etdiyini deyib:

“Bu gün bizim igid generalımız, vətən uğrunda canından keçmiş Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə yüksəlməsindən 40 gün ötür. Ağır, həm də qürurlu bir gündə sizə yeni “Əsgər marşı” adlı layihəmi təqdim edirəm. Bu layihəni, başda generalımız və polkovnikimiz olmaqla, bütün şəhidlərimizə ithaf edirəm.”

Klipə ekran həyatı verən isə, Hacı Nuranın rəhbərlik etdiyi “HN” media və rejissor Rəşad Həsənov olub.
Ekran işi Daxili İşlər Nazirliyinin dəstəyi ilə hərbi hissədə, əsgərlərlə bərabər çəkilib.
Klipdə Aygün Kazımovanın hərbi forma geyinməsi və silahdan istifadə etməsidə diqqətdən yayınmayıb.

“Əsgər marşı” Xalq artistinin rəsmi "YouTube" kanalında təqdim olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru