“Dövlət oğurluqla tikilən şadlıq saraylarını teatrlara versin” – Mehriban Zəki

26-08-2020, 16:32           
“Dövlət oğurluqla tikilən şadlıq saraylarını teatrlara versin” – Mehriban Zəki
Xalq artisti Mehriban Zəki verdiyi təkliflə diqqət çəkib.
“MediaPost” xəbər verir ki, sənətçi bəzi şadlıq saraylarının teatr binasına çevirilməsinin tərəfdarı olduğunu bildirib:
“Mədəniyyətin ən parlaq və lazımlı olan növü teatrdır. Bir çox teatrlar məkansız, binasız, yersiz yurdsuzdur. Dövlət büdcədən, xalqın cibindən oğurluq nəticəsində tikilən şadlıq saraylarını teatrlara versin. Mədəniyyətimizə daha çox xeyir dəyər. YUĞ teatrı, Uşaq teatrı, ƏSA teatrı, Səda tədris teatrı və daha neçə teatrın binası olsun.

Bəzi “sahibkar”ların büdcədən, xalqdan oğurluq edib tikdirdiyini sübut etdikdən sonra səlahiyyət dövlətindir.Maraqları formalaşdırmaq, yönləndirmək zamanıdır. Qanun və hüquq normaları hər şeydən üstün olmalıdır. Əks təqdirdə mədəni cəmiyyət formalaşdırmaq çətindir”.
Qeyd edək ki, sənətçinin bu təklifi sosial mediada maraqla qarşılanıb. İstifadəçilər M.Zəkiyə şərh yazaraq ona dəstək veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru