"Dedilər ki, hər şey danışılıb, toyumuzu siz idarə edin" - FAİQ AĞAYEV

28-08-2020, 00:00           
"Dedilər ki, hər şey danışılıb, toyumuzu siz idarə edin" - FAİQ AĞAYEV
“Son 20 gün ərzində üç toydan imtina etmişəm”.

Teref.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev News24.az-a açıqlamasında deyib. O, bildirib ki, toya dəvət edilsə də, qoyulan qaydalara əməl edir: “Dedilər ki, “hər şey danışılıb, tapşırılıb narahat olmayın, ancaq gəlin, toyumuzu siz idarə edin”. Mən belə şeylər edə bilmərəm, o səbəbdən də imtina elədim”.

Qeyd edək ki, koronavirus pandemiyasına görə, Nazirlər Kabineti ölkədə xüsusi karantin rejimi tətbiq edib. Qaydalara görə, toy, nişan və yas mərasimləri, 5 nəfərdən artıq insanın bir yerə toplaşması, kütləvi tədbirlərin keçirilməsi qadağandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru