Müğənnilər bu verilişə qan analizi verib getməlidir

28-08-2020, 12:27           
Müğənnilər bu verilişə qan analizi verib getməlidir
İctimai Televiziyada yayımlanan “Breyn Rinq” verilişi növbəti mövsümə hazırlaşır.
“MediaPost”un əldə etdiyi məlumata görə, çəkilişlər gələn həftədən başlayacaq.
Dj Fatehin aparıcılıq etdiyi proqram bu dəfə pandemiya səbəbilə tamaşaçısız davam edəcək. Yarışmada olan iki komanda isə bütün gigiyenik tələblər riayət etməlidir.
Diqqət cəlb edən digər məqam isə fasilələrdə çıxış edən müğənnilər qarşısında qoyulan tələbdir. Belə ki, verilişə dəvət edilən ifaçılar mütləq qan analizi verməlidir. Bu proses isə İTV-nin təşkilatçılığı ilə həyata keçirilir. Analizdən imtina edən sənətçilər isə verilişdə qonaq qismində iştirak edə bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru