Murad Dadaşov Zauru da Xəzər TV-dən kənarlaşdırdı

29-08-2020, 05:49           
Murad Dadaşov Zauru da Xəzər TV-dən kənarlaşdırdı
Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi Xəzər TV-də bir neçə dəyişiklik baş tutub.

Teref.az Axşam.az-a istinadən xəbər verir ki, bəzi tanınmış teleaparıcıların kanaldakı fəaliyyətinə son qoyulub.

Onlardan biri Zaur Kamaldır. Zaur bundan sonra Xəzər TV-nin nəzdində fəaliyyət göstərən Dalğa TV-də tamaşaçıların görüşünə gələcək.

Mart ayından aparıcısı olduğu verilişi bağlanan prodüser Tarix Əliyev də (Tolik) yeni mövsümdən Dalğa TV-də efirə çıxacaq.

Xəzər TV-nin efirindən qaldırılan digər bir layihə isə aşpaz Ağakərim Əbülfəzoğlunun “Anamın yeməyindən yoxdur” proqramıdır. Bu veriliş də Dalğa TV-də yayıma başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru