Kameranı açıq unudan müdir həmkarlarının gözü qarşısında intim münasibətdə oldu - VİDEO

29-08-2020, 05:11           
Kameranı açıq unudan müdir həmkarlarının gözü qarşısında intim münasibətdə oldu - VİDEO
Filippinli məmur “Zoom” vasitəsi ilə onlayn konfrans zamanı kameranı açıq unudaraq, katibəsi ilə intim münasibətdə olub.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Məlumata görə, Kavite əyalətinin Fatimə Dos kənd Şurasının əməkdaşları müntəzəm konfrans üçün “Zoom” onlayn platforormasında toplaşıblar. Sonradan onların rəhbəri Cesus Estil də canlı yayımda onlayn görüşə qoşulub.

Estil tenxnologiyadan pis anladığı üçün səhvən kameranı açıq qoyub. Əməkdaşlar cari problemlərdən danışarkən, müdir öz yerindən qalxaraq bir neçə addımlıqda divanda oturmuş qadına yaxınlaşıb və şoka düşmüş həkmarlarının gözü qarşısında intim münasibətdə olub.

Sonradan həmin qadının Estilin katibəsi olduğu aydınlaşıb. Əməkdaşlardan biri isə baş verənləri kameranın yaddaşına köçürməyə imkan tapıb.

Video yayıldıqdan sonra kənd sakinləri müdiri Şuradan uzaqlaşdırmaq barədə petisiyaya başlayıblar. Ölkə DİN-i və özünüidarəetmə qurumundan da Estili yaxın günlərdə vəzifədən azad edəcəkləri bildirilib.

Video yayılandan sonra nə Estil, nə də katibəsi işə çıxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.