"Vətəni sevmək üçün porno ulduz olmaq lazım deyil" - Aktrisadan sərt tənqid

29-08-2020, 15:44           
"Vətəni sevmək üçün porno ulduz olmaq lazım deyil" - Aktrisadan sərt tənqid
"Qara günəş" və "Kölgə" seriallarının aktrisası olan Leyla Məmmədzadə sərt tənqidlə çıxış edib.



Ekskluziv.az xəbər verir ki, aktrisa sosial şəbəkələrdə çoxminli izləyiciləri olan azərbaycanlı məşhurları tənqid edib. O, bildirib ki, Vətəni sevmək üçün porno ulduz olmağa ehtiyac yoxdur:



Bu günlərdə hər kəs bir olmalıdır. Türk müğənni Sezen Aksu illərdir türklərin çörəyini yeyir amma erməni ailəsindən olduğu üçün onların sözünü deyir, rəzil porno aktrisa Kim Kardaşyan ermənilərin sözünü deyir amma onlarla, yüzlərlə, bəlkə də minlərlə Bakıda, xaricdə tanınan, yüz minlərlə izləyicisi olan tanınmışlar hələ də bu baş verənlərə susurlar. Xalqı milləti sevmək üçün porno ulduz olmağa ehtiyac yoxdu, bir az milli qürur lazımdı.



Xəyyam Nisanov paylaşım etməyənə qədər heç kimin Vətən, millət yadına düşmürdü, o paylaşandan sonra hamısı onu borclu çıxartdılar. Amma heç olmasa faydası oldu, nəsə yazdılar, payıaşdılar və bununla da missiyalarını bitmiç saydılar. Amma seks işçisi, porno ulduz hər gün ermənilərlə bağlı paylaşım edir, onlara dəstək olur.



Torpaqları işğal olunan da biz, təcavüza, hücuma məruz qalan da biz, əfsuslar olsun ki, susan da biz. İllərdir susduq, amma indi susmayaq. Bu illər ərzində torpaqlarımız, ərazi bütövlüyümüz uğrunda şəhid olan atalarımızın, qardaşlarımızın qanını yerdə qoymayaq.



Səngərdə əsgərlərimiz, zabitlərimiz, sosial mediada da biz mübarizə aparaq erməni terroru ilə".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.