Tarixin ən populyar “tvit”i yazılıb

1-09-2020, 08:41           
Tarixin ən populyar “tvit”i yazılıb
Məşhur Hollivud ulduzu 43 yaşlı Çedvik Bouzmanın ölməsi barədə “tvit” sosial şəbəkə tarixinin ən populyar ismarıcı olub.

Bu barədə “Twitter”in Mətbuat Xidmətindən bildirilib.

“İndiyə qədər ən çox bəyənilən “tvit”. Krala layiq hörmətdir”, - deyə məlumatda deyilir.

Son məlumata görə, Ç.Bouzmanın vəfatı ilə bağlı ismarıc 7,3 milyon dəfə bəyənilib.

Xatırladaq ki, “Qara pantera” filminin ulduzu Çedvik Bouzman avqustun 29-da onkoloji xəstəlikdən vəfat edib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru