Tanınmış aktrisadan “manatlıq taksilər”in ləğvinə REAKSİYA: “Onda məcbur olacağıq ki…”

2-09-2020, 19:23           
Tanınmış aktrisadan “manatlıq taksilər”in ləğvinə REAKSİYA: “Onda məcbur olacağıq ki…”
“Bir manatlıq” taksilər ləğv olunsa, onda məcbur olacağıq ki, sifarişli taksilərdən istifadə edək, bu da hər kəsin büdcəsinə uyğun deyil. Bu qərardan narazıyam”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Zülfiyyə Qurbanova Bakıda yeni ekspres taksi xidmətinin yaradılması nəticəsində pərakəndə halda işləyən “1 manatlıq” taksilərin yığışdırılacağı ilə bağlı qərara münasibət bildirərkən deyib.
Aktrisa manatlıq taksilərin yığışdırılmasının onun büdcəsinə uyğun olmadığını bildirib:
“Bir istifadəçi kimi, manatlıq taksilərin yığışdırılması mənə xoş deyil. Sumqayıtda yaşayıram və işimlə əlaqədar bəzən evə gecə getməli oluram. Həm manatlıq, həm də sifarişli taksidən istifadə edirəm. Hər kəs bilir ki, sifariş taksilər Bakı-Sumqayıt yolunu çox baha gedirlər, amma manatlıq taksilər mənə sərf edir.
Manatlıq taksilər ləğv olunsa, onda biz məcbur olacağıq ki, sifarişli taksilərdən istifadə edək, bu da hər kəsin büdcəsinə uyğun deyil. Bu qərardan narazıyam. İstəmirəm, yığışdırılsın, çünki dediyim kimi, özüm də o taksilərdən istifadə edirəm. Büdcəmizə ziyandır. Şəhərdən-şəhərə gedib-gəldiyim üçün mənə sərf etmir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru