“Betmen”in çəkilişləri koronavirusa görə dayandırılıb

4-09-2020, 07:28           
“Betmen”in çəkilişləri koronavirusa görə dayandırılıb
“Betmen” filminin çəkilişləri baş rol ifaçısının COVID-19-a yoluxmasına görə dayandırılıb.

“Report” “Vanity fair” jurnalına istinadən xəbər verir ki, britaniyalı aktyor Robert Pattinson koronavirusa yoluxduğuna görə filmin çəkilişləri dayandırılıb.

Filmin çəkilməsinə cavabdeh kinostudiya olan Warner Bros. şirkətində faktı təsdiq etsələr də, yoluxanın adını açıqlamayıblar.

COVID-19-a yoluxan aktyorun təcrid olunduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru