“Standartlar “yevropeyskidi” e, maaşlar “afrikanski”” – Taleh Yüzbəyov

4-09-2020, 17:41           
“Standartlar “yevropeyskidi” e, maaşlar “afrikanski”” – Taleh Yüzbəyov
Aktyor Taleh Yüzbəyovun sosial şəbəkələrdə paylaşdığı fikirlər gündəm olub.
Cebhe.info xəbər verir ki, həmin statusda aktyor xalqın ziyanına fikir səsləndirən məmurları sərt tənqid edib.
“190 manat kartdan çıxarılmayıb, bloklayaq, 1 ayda 300 dollardan artıq məhsul sifariş etməyə icazə verməyək, taksidən hamı istifadə edə bilməsin” deyən məmurlar ya Azərbaycanda böyüməyib, ya da heç vaxt kasıb olmayıblar. Çörək növbəsində dayanan, hər gün makaron yeyən, Yupini 3 litrlik balona qatıb içən, butulka satıb top alan uşaqlar böyüyüb belə məmur ola bilməz. Əgər olubsa, vicdanında nəsə “error” baş verib. Bir söz deyəndə də Avropa standartlarını misal gətirirlər. Quzu kəsim, standartlar “yevropeyskidi” e, maaşlar “afrikanskidi”. Xalqa yaxın olun", – deyə aktyor bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru