"Uşaqlarım üçün aldığım dərman da bahalaşıb"

21-01-2016, 15:15           
"Uşaqlarım üçün aldığım dərman da bahalaşıb"
Müğənni Samira Allahverdi bahaçılıqdan şikayətlənib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Deməsək olmaz” verilişində bir çox insanların ona yazıb, yardım istədiklərini deyib:

“Mən tanınmış insanam, bütün günü işdə oluram. Əlimdə nəsə yuya bilmirəm. Həm biz müasir dövrdə yaşayırıq. Ona görə də məcburən uşaq bezindən istifadə edirəm. Ayda 40 manat qızımın bezinə ödəyirəm. Uşaqlarım üçün aldığım dərman da bahalaşıb. Əvvəl dərmanını 5 manata alırdımsa, indi 15 manata qalxıb. Övladım üçün məcburən uşaq yeməkləri alıram. O da tez bitir.

Mənə sosal şəbəkədə minlərlə qadın yazır, şikayət edir, kömək istəyir. Bu yaxınlarda biri yazıb ki, “Hamiləyəm, qarnım böyüyür, geyinməyə paltarım yoxdu”. Mən də ona kömək etdim. Yardım istəyənə bacardığım qədər əl uzadıram".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru