"Çıxarıb çoxlu pullar verirdim ki, get xərclə"

26-01-2016, 14:45           
"Çıxarıb çoxlu pullar verirdim ki, get xərclə"
Müğənni Elton Hüseynəliyev depressiyaya düşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi bunun səbəblərini "ATV maqazin onlarla" verilişinə açıqlayıb:

"Depressiyaya düşdüm... Əlim-qolum bağlandı və yeniliklər etmədim. Haqqımda çox sözlər danışırlar. Bunlar düşmənlərimin yaydığı şayiələrdir. Sənətdəki on ilimi "Bunu belə etsəm, nə deyərlər?" düşüncəsi ilə yaşamışam. İstədiyim şeylərdən özümü məhrum etdim. İndi qərar verdim ki, özüm üçün yaşayacam. Məndən rahat davranış görəcək, sözlər eşidəcəklər. Şou-biznesdə təhlükəli, kinli insanlar var. Yaxşılıq etdiyim insan, haqqımda pis danışanda ürəyimdən vurur. Çıxarıb sənə çoxlu pulları verirdim ki, get xərclə. Demək, mən yanlış etmişəm, indi özümü qınayıram. Elə sənətçilərlə yanyana gəlmişəm ki... Heç biri ilə şəkil çəkdirməmişəm. Tarkanla duet belə oxumuşam. İndi sənətimi davam etdirirəm, amma bir neçə ildən sonra buralardan çıxıb gedəcəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru