Türkiyəli müğənni və aktrisa Seren Serengilin sosial mediada yazdığı mesajlar məhkəməyə qədər gedən qalmaqala səbəb olub.
Teref.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa sosial media hesabında bəstəkar Can Tanrıyara qarşı ittiham dolu mesajlar yazıb. Bu səbəblə Serengildən şikayətçi olan Can onun 2 il 6 ay müddətinə həbs olunmasını tələb edib.
Seregilin yazdığı mesajlarda bunlar qeyd edilib:
"Can Tanrıyar adamı kəmərlə döyür. Məncə ruhi xəstəxanada müalicə almalıdır. O, hamını ölümlə hədələyir. Hərkəsin namusuna, şərəfinə söz atır".
Bu mesajlardan sonra Tanrıyarın şikayətinə əsasən baş verənlər haqqında araşdırmalar aparılıb. Lakin Serengil yazdığı mesajların ittiham mahiyyətli olmadığını və tənqid məqsədi daşıdığını dilə gətirib. Buna baxmayaraq müğənninin həbsi barədə məhkəmədə iddianamə irəli sürülüb.