Miri Yusif məhkəmədə Funda Arara qalib gəldi - FOTO

1-02-2016, 16:54           
Miri Yusif məhkəmədə Funda Arara qalib gəldi - FOTO
Türkiyəli müğənni Funda Ararla azərbaycanlı ifaçı Miri Yusif arasındakı məhkəmə prossesi başa çatıb.

Axşam.az-ın məlumatına görə, Miri Yusif məhkəmədə qalib gəlib.

Fundanın yeni albomuna daxil etdiyi və klip çəkdirdiyi “Bağışla” adlı mahnıda müəllifinin adını qeyd etməməsi Miri Yusifi özündən çıxarmışdı. Müğənni müəllif hüququnun tapdalandığını bildirərək, məhkəməyə müraciət etmişdi.

Miri Yusifin prodüseri Emin Əfəndi başa çatan məhkəmə ilə bağlı bunları qeyd edib:

“Oğurluq və başqa xoşagəlməz halların müddəti məlum bir zaman təşkil edir. Bəlkə də dünyada baş verən müəyyən prosesslərlə əlaqədar bu müddət bir qədər yubandı. Hər pis əməlin üstü açılır. Türkiyə Müəllif Hüquqları təsdiq etdi: türkiyəli müğənni Funda Ararın 2015-ci ildə oxuduğu “Bağışla” Miri Yusifin 2009-cu ildə ifa etdiyi “Bağışla” mahnısının tam təkrarıdır”.

Qeyd edək ki, daha öncə Miri Yusifin ifasında səslənən mahnını səsləndirmək üçün Funda Arar MC Muraddan icazə aldığını söyləmişdi. MC Murad M.Yusifin dəfələrlə onun müəllif hüquqlarını pozduğunu və bəstələrində müəllif kimi özünü qeyd etdiyini vurğulamışdı.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru