Lider Televiziyasının departament rəhbəri işdən çıxdı

4-02-2016, 22:43           

Lider Televiziyasının xəbərlər departamenti olan “Lider xəbər”in rəhbəri İlham Abdulov vəzifədən azad edilib.
Əldə edilən məlumata görə, artıq bir müddətdir ki, İ.Abdulov işə gəlmir. Onun vəzifəsini isə müvəqqəti olaraq departamentin ictimai-siyasi redaksiyasının rəhbəri Anar Şükürov icra edir.
Məlumata görə, İ.Abdulov işdən çıxarılması üçün özü ərizə ilə rəhbərliyə müraciət edib.
Məlumat üçün bildirək ki, İlham Abdulov 10 ildən çox idi ki, Lider Televiziyasında çalışırdı. O, əvvəl “Səda” informasiya buraxılışının aparıcısı olub. Lakin sonradan TV-nin pezidenti Ədalət Əliyevin əmri ilə departamentin rəhbəri təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru