“Qoca vaxtında kimə lazımdır...” – Rəşid Mahmudovdan İlhaməyə

5-02-2016, 01:30           
“Qoca vaxtında kimə lazımdır...” – Rəşid Mahmudovdan İlhaməyə
Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov xalq artisti İlhamə Quliyevanın köməkçisinin həbsi ətrafında yaranan qalmaqala münasibət bildirib.

R.Mahmudov Publika.az-a bildirib ki, baş verən qalmaqal mütləq qanunla həllini tapmalıdır: "O artistdir, çıxıb ağzına gələni danışır. Kimə lazımdır onu öldürmək? Cavan vaxtında öldürmədilər, indi qoca vaxtındamı öldürəcəklər? Onun nəyini zəhərləyəcəkdilər? Mən nə falçı, nə də hüquqşünasam ki, onun haqqında konkret fikir irəli sürüm. Mən həkiməm, həkim kimi də ona baxandan sonra psixi vəziyyəti barədə rəy verə bilərəm. Mən vaxtında onun haqqında sözümü demişəm. Özü də özünə bildirmişəm. İndi istəmirəm nə isə danışım. Nəyimə lazımdır, kim necə cikkildəşirsə cikkildəşsin”.

Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva ilə köməkçisi Mehriban Hüseynova arasında yaranmış qalmaqala Milli Məclisin deputatı Cingiz Qənizadə də münasibət bildirib. Deputat ortada çox ciddi faktların olduğunu bildirib və Mehriban Hüseynovanın saxlanılmasını tələsik qəbul edilmiş bir qərar hesab edərək baş prokuror Zakir Qaralova müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru