Rusiyanın tanınmış sənədli filmlər rejissoru, kinoşünas və yazıçı Qalina Dolmatovskaya vəfat edib.
Open.az xəbər verir ki, 81 yaşlı rejissor ötən gün dünyasını dəyişib.
Q.Dolmatovskaya Rusiya kinosunu sənədli kadrlarla zənginləşdirən rejissorlardan olub. Onun ekranlaşdırdığı filmlər dövrün, mühitin mənzərəsini əks etdirib.