İradə ilə Zaur arasında doğuş videosuna görə — Qalmaqal
6-02-2016, 10:13
ATV-nin aparıcısı Zaur Baxşəliyev "Bizimləsən" verilişində müğənni İradə İbrahimovanın ana olarkən lentə alınan videosunu yayımlayıb və müzakirəyə qoyub.
teref.az- nun axşam.az-a istinadən məlumatına görə, aparıcı videodakı bəzi məqamları kəsərək efirə verib və bildirib:
"Müəyyən görüntülər var ki, biz onları efirdən çıxartdıq, yayımlamadıq".
Z.Baxşəliyevin bu addımı İ.İbrahimovanın etirazına səbəb olub.
Müğənninin mətbuat katibi Zəminə Rüstəmova İ.İbrahimovanın fikirlərini təqdim edib:
"Nəyə əsasən Zaur mənim şəxsi həyatımı müzakirəyə qoyub? Mən açıqlama vermişdim ki, bunu özüm yaymamışam. Fotoqraf öz profilində paylaşıb. Hətta mənim arxivimdə olan videoda bu görüntülərin çoxu yoxdur. Əgər özüm etsəydim, Zaura haqq qazandırardım. O, məsələyə birmənalı yanaşmamalıdır. Deyir, hansısa hissələr çıxarılıb. Zaurdan tələb edirəm ki, gətirib mənə çıxardığı həmin hissələri göstərsin. Çünki efirdə gördüyüm qədəriylə video bütov formada göstərildi. Niyə şəxsi həyatımdan danışır? Niyə İradənin adı nümunəvi ana kimi Zaurun verilişindəki başqa mövzularda hallanmayıb? İki uşaq dünyaya gətirmişəm, sənətimi davam etdirirəm. Bu halda niyə adım çəkilmir? Videoya baxan nə qədər insan kövrəldiyini bildirmişdi. Hamı bu haqda yaxşı fikir bildirdiyi halda, Zaur tənqid hədəfinə çevirdi? İşinə yaradı, reytinq qazandırdı? Demirəm məni tərif yağışına tutsunlar. Amma danışanda heç olmasa, bir az əllərini vicdanlarına qoysunlar. Bu neçə ildə əleyhimə heç nə tapa bilmədilər. Sonda danışdıqları mövzuya baxın. Millət vəkilləri mənə zəng vurub təbrik etdilər, ailəlikcə videoya təkrar-təkrar baxdıqlarını söylədilər".
Qeyd edək ki, Ceyhun İzər adlı şəxslə ailəli olan İ.İbrahimova İstanbulda yaşayır. İfaçının İpək adlı qızı, Əli adlı oğlu var.
İ.İbrahimova sosial şəbəkədə aşağıdakı videonu paylaşdığını deyib:
[media=https://www.youtube.com/watch?v=9qsaTyI8LwE]